Baş rolda Deniz Can Aktaşın çıxış etdiyi və Haydar Alinin qisas hekayəsindən bəhs edən "Yeraltı" serialı 28 yanvarda tamaşaçılarla görüşəcək.
Publika.az xəbər verir ki, serialın ən böyük sürprizi "Kurtlar Vadisi"nin əfsanəvi ata-bala obrazları olan Abuzer və Erdal Kömürcünü canlandıran aktyorların yenidən eyni layihədə birləşməsidir.
Muhammed Cangören və Sefa Zengin illər sonra məhz "Yeraltı" serialında bir araya gəlirlər. Onların hansı obrazları canlandıracağı hələlik sirr olaraq qalır.