RU

İraq Suriya ilə sərhəddə beton divarın tikintisini yekunlaşdırır

BAKI, 24 yanvar. TELEQRAF

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini başa çatdırmaq üzrədir.

Teleqraf xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib.

Onun sözlərinə görə, hazırda işlərin 80 faizi tamamlanıb.

Divar termal kameralar və tikanlı məftillərlə təchiz olunub, sərhədboyu xəndəklər qazılıb.

Избранный
29
4
teleqraf.com

10Источники