Yazını böyüt
Yazını kiçilt
Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.
Faktla bağlı araşdırma aparılır.