İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, SEPAH-ın keçmiş komandiri İsmayıl Kövsəri ABŞ-ni hədələyən açıqlama ilə çıxış edib.Metbuat.az Mehr-ə istinadən xəbər verir ki, Kövsəri bildirib ki, ABŞ-nin İrana qarşı hər hansı hərbi addımı ölümcül və çəkindirici cavabla qarşılanacaq. Onun sözlərinə görə, belə bir halda Qərbi Asiyada yerləşən Amerika hərbi bazaları əsas hədəflərdən birinə çevriləcək.Deputat vurğulayıb ki, İslam Respublikası Silahlı Qüvvələri əvvəlki qarşıdurmalardan əldə olunan təcrübəyə əsaslanaraq daha yüksək döyüş hazırlığı səviyyəsinə çatıb.Kövsəri əlavə edib ki, düşmən tərəfin istənilən aqressiv hərəkəti sərt cavabsız qalmayacaq.