RU

Lerikin kəndlərinə qalxmaq çətinləşib – YOLLAR BUZ BAĞLADI- FOTOLAR

Lənkəran-Lerik yolunda hərəkət məhdudiyyəti hələ də qalmaqdadır.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə Lerik rayonuna 5 gün bundan əvvəl yağan qar yollardan təmizlənsə də, Kələxan, Kəlvəz, Mondigah, Çayrud, Barzavu, Cəngəmiran kəndlərinə gedən yollarda hələ də hərəkət məhdudiyyəti qalmaqdadır. Lerik rayonu üçün strateji yol hesab edilən Lənkəran-Lerik avtomobil yolu demək olar qardan tam təmizlənib. Amma yolun Lerikə yaxın bəzi hissələrində, yəni yüksəkliyə qalxdıqca avtomobillərin hərəkəti çətinləşir. Buna səbəb əsasən axşam saatlarında yolların buz bağlamasıdır. Sakinlər deyir ki, məktəb yolları buzlu olduğundan bəzi valideyinlər uşaqları səhərlər “UAZ” markalı nəqliyyat vasitəsi ilə məktəbə göndərirlər. Bu da hər adamın imkanı xaricindədir.

Qeyd edək ki, səhər saatlarında günəşli hava müşahidə olunsa da, axşama doğru temperatur mənfi 5-10 dərəcəyə kimi aşağı düşür, yollar buz bağlayır.

Избранный
22
nocomment.az

1Источники