RU

“Qəbələ” “Şamaxı”ya qalib gəldi, “Qarabağ” “Kəpəz”ə uduzdu - YENİLƏNİB

Misli Premyer Liqasının XVII turunda növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk matçında “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların böyükhesablı – 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra “Şamaxı” 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qalıb, “Qəbələ” isə 11 xalla 10-cu sırada yer alıb.

Günün son oyununda isə son çempion “Qarabağ” “Azərsun Arena”da “Kəpəz”lə üz-üzə gəlib. Gözlənilməz nəticə ilə yadda qalan qarşılaşmada Gəncə təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Xallarının sayını 12-yə çatdıran “Kəpəz” 10-cu pilləyə yüksəlib. “Qarabağ” isə 36 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” – “Zirə” görüşündə isə qalib müəyyənləşməyib (0:0).

Misli Premyer Liqasının XVII turuna yanvarın 25-də keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Избранный
35
90deqiqe.az

1Источники