Almaniya kansleri Olaf Şolts yeni il müraciətində Rusiya Prezidenti Vladimir Putin və Ukraynadakı münaqişə haqqında sərt danışıb.
Axar.az xəbər verir ki, bu barədə "Die Welt" məlumat yayıb.
"Kovid-19"un təsiri azalan kimi Rusiya Avropanın mərkəzində amansız qarşıdurmaya başladı", - o bildirib.
Şolts vurğulayıb ki, Ukraynada münaqişə başlayandan sonra Putin qaz kranını bağladı.