RU

Əbu-Dabidəki danışıqlar başa çatdı - YENİLƏNİB

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.

Redaktor.az xəbər verir ki, görüş qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.

***
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti hotelə qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


***
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb. 

Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir. 

"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.

“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.

Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.

Избранный
61
37
redaktor.az

10Источники