Bakı. Trend:
2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadiForumunun illik toplantısı Azərbaycan üçün təkcə növbəti beynəlxalqplatforma deyil, həm də ölkənin son illərdə formalaşdırdığı yenixarici siyasət xəttinin nümayişi baxımından mühüm mərhələ oldu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosa səfərihəm siyasi, həm iqtisadi, həm də geosiyasi kontekstdə bir sıramühüm mesajlarla yadda qaldı. Bu səfər çərçivəsində Prezident İlhamƏliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü, “Sülh ŞurasınınNizamnaməsi”nin imzalanması, “Avrasiyanın iqtisadiözünəməxsusluğunun müəyyənləşdirilməsi” panelində çıxışı və“Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın yeni qlobalreallıqlarda tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Bu səfərAzərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayişetdirdi.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Dünya İqtisadi Forumu uzun illərdir qlobal siyasi və iqtisadielitanın əsas müzakirə meydanlarından biri hesab olunur. Buradasəslənən fikirlər, imzalanan sənədlər və keçirilən görüşlər təkcəölkələrin imicinə deyil, həm də gələcək geosiyasi və geoiqtisadiproseslərə birbaşa təsir göstərir. 2026-cı ildəki Davos toplantısıisə xüsusilə beynəlxalq sistemin transformasiya dövrünə qədəmqoyduğu bir vaxtda baş tutdu. Prezident İlham Əliyevin "Euronews"amüsahibəsində vurğuladığı kimi, beynəlxalq münasibətlər bu gün yenieraya qədəm qoyur, bu erada vəziyyəti qanunun aliliyi deyil, gücqaydası idarə edir. Bu reallıq fonunda Azərbaycan öz strategiyasınımilli maraqlar, suverenlik və regional sabitlik üzərində qurduğunuaçıq şəkildə bəyan edir. Davosda aparılan müzakirələr də məhz buyanaşmanın praktik nəticələrinin nümayişinə çevrildi", - obildirib.
Politoloqun sözlərinə görə, səfərin əsas siyasi hadisələrindənbiri Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması oldu. ABŞPrezidentinin sədrliyi ilə yaradılan bu qurumun məqsədi YaxınŞərqdə və ümumilikdə dünyada münaqişələrin həlli, sülhproseslərinin institusionallaşdırılmasıdır. Azərbaycanın bu qurumatəsisçi üzv kimi dəvət olunması ölkənin artıq təkcə regional deyil,qlobal sülh təşəbbüslərində də aktiv rol oynadığını göstərir.
"Prezident İlham Əliyevin bu sənədi digər dövlət və hökumətbaşçıları ilə birgə imzalaması Azərbaycanın imicini “münaqişəyaşayan ölkə” statusundan “sülh yaradan aktor” statusuna yüksəldənsimvolik addım kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaqki, Azərbaycan özü 30 ildən artıq davam edən müharibədən çıxmış birölkədir və bu gün artıq sülhün real faydalarını yaşayan dövlət kimiçıxış edir.
Davos səfərinin ən diqqətçəkən məqamlarından biri Prezidentİlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüşzamanı tərəflər ABŞ-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdəinkişafından məmnunluqlarını ifadə etdilər və ötən ilin avqustundaVaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunanrazılaşmalarda Donald Trampın rolunun xüsusi vurğulanması diqqətçəkdi. Bu görüş əslində iki mühüm siyasi xətti ortaya qoydu.Birincisi, Azərbaycan-ABŞ münasibətləri yeni strateji mərhələyəqədəm qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq nizamnaməsini müzakirəedir. İkincisi isə ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesindəartıq əsas qlobal aktorlardan biri kimi çıxış etməsidir. Bukontekstdə TRIPP layihəsi də xüsusi vurğulandı. Bu layihələr təkcəregional nəqliyyat marşrutları deyil, həm də Avrasiyanın yenigeoiqtisadi xəritəsinin formalaşmasında əsas sütunlardan biri kimitəqdim olunur", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosdakı bütünçıxışlarında və müsahibəsində əsas xətt Ermənistan-Azərbaycan sülhüoldu. Bu, artıq sadəcə diplomatik ritorika deyil, konkret iqtisadivə siyasi reallıqlarla müşayiət olunan proses kimi təqdimedilir.
""Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi"panelində Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, artıqregionda de-fakto sülh mövcuddur və bu sülhün ilk real nəticələriiqtisadi əməkdaşlıqda özünü göstərir. Azərbaycandan Ermənistananeft məhsullarının ixracı, idxal edilən taxılın Azərbaycanüzərindən Ermənistana çatdırılması, malların Gürcüstan ərazisi ilədaşınması və gələcəkdə birbaşa dəhlizlərin açılması bu prosesinkonkret göstəriciləridir. Ən diqqətçəkən məqamlardan biri isəErmənistan Prezidenti Vaaqn Xaçaturyanın açıqlamaları oldu. O, açıqşəkildə etiraf etdi ki, artıq Ermənistanda insanlar avtomobillərinəAzərbaycan benzini doldururlar və bu, bir neçə il əvvəl təsəvvürbelə edilə bilməyəcək bir reallıqdır. Bu fakt sülhün təkcə siyasisənədlərdə deyil, gündəlik həyat səviyyəsində də özünü göstərdiyinisübut edir", - o bildirib.
Politoloq vurğulayıb ki, Davos müzakirələrinin əsasmövzularından biri Avrasiyanın gələcək rolu idi. Prezident İlhamƏliyev bu kontekstdə Azərbaycanın coğrafi mövqeyini stratejiüstünlük kimi təqdim etdi. Xəzərdən Türkiyəyə, oradan Avropayauzanan yeni nəqliyyat dəhlizləri – xüsusilə TRIPP layihəsi –regionu qlobal ticarət sisteminin əsas qovşaqlarından birinəçevirir.
"Artıq Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistanayüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.Bu isə Azərbaycanın təkcə enerji deyil, logistika və tranzitmərkəzinə çevrildiyini göstərir. Bu mənzərə Azərbaycanın xaricisiyasətində yeni mərhələnin əsas xüsusiyyətini əks etdirir: ölkəözünü qlobal bağlantı mərkəzi kimi təqdim edir. Prezident İlhamƏliyevin "Euronews"a müsahibəsində enerji məsələsi də xüsusi yertutdu. O qeyd etdi ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixracedir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazıilə coğrafi əhatəyə görə Azərbaycan dünyada birinci yerdədir. Bufakt Azərbaycanın Avropa enerji təhlükəsizliyində əsas oyunçulardanbirinə çevrildiyini göstərir. Ermənistanın da artıq enerjiehtiyatlarını Azərbaycandan idxal etməsi isə regionda yeni iqtisadiasılılıq modelinin formalaşdığını göstərir: münaqişə üzərindəqurulmuş təhlükəsizlik yox, qarşılıqlı iqtisadi maraqlara əsaslanansabitlik. Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlısəsləndirdiyi fikirlər də diqqətçəkən idi. "Biz artıq buna reaksiyavermirik" - bu cümlə Azərbaycanın Avropa strukturları iləmünasibətlərində yeni mərhələnin simvolu kimi çıxış edir.Azərbaycan özünü daim müdafiə edən tərəf kimi deyil, müstəqilsiyasət yürüdən və kənar tənqidlərə emosional reaksiya verməyənaktor kimi təqdim edir. Dövlət başçısının sözlərinə görə, AvropaParlamentinin qərəzli mövqeyi müəyyən lobbi qruplarınınfəaliyyətinin nəticəsidir və Ermənistanın özü Azərbaycanlamünasibətləri yüksək qiymətləndirdiyi halda bu tənqidlərabsurddur", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosa səfərigöstərdi ki, Azərbaycan artıq regional münaqişələrin subyektideyil, sülhü təşviq edən, iqtisadi və nəqliyyat bağlantılarınıformalaşdıran və qlobal gündəliyə təsir göstərən aktordur.
"Ermənistanla münasibətlərin normallaşması, ABŞ ilə stratejitərəfdaşlığın dərinləşməsi və Avrasiyada yeni dəhlizlərinformalaşması Azərbaycanın yaxın illərdə regionun əsas siyasi vəiqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir. Bu baxımdanDavos səfəri Azərbaycanın beynəlxalq sistemdə yeni statusunun -sülh yaradan və əlaqələndirici güc kimi çıxış edən dövlət modelinin- simvolik və real təsdiqi oldu", - politoloq əlavə edib.