RU

Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Editor.az  bildirir ki, Bizim.Media-nın məlumatına görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

Dəm

***11:45

Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlərək ölüb.

Editor.az “Report”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Əbiyev Fəzail Fariz oğlu yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
62
5
editor.az

10Источники