RU

"Olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik - Yuri Vernidub

Bu gün Misli Premyer Liqasında XVII turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə"ni qəbul edib. Görüşdə qol səsi çıxmayıb.

Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub fikirlərini jurnalistlərlə bölüşüb:

"Birinci hissə bizim üçün o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirsək də o matçlar o qədər də vacib deyil. Burada isə qarşımızda olan tələblər çətindir. Çünki hər oyunda xal qazanmalıyıq. Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Bəlkə də əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Əgər bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdik. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında oynamalı idilər. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı müdafiəçilər və hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, bizi 16 oyun gözləyir. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik."

Kamil Xudiyev

Избранный
49
fanat.az

1Источники