RU

Hazırkı ehtiyac meyarı kompensasiya xarakteri daşıyırmış – Deputat AÇIQLADIVİDEO

Hazırkı  ehtiyac meyarı, inflyasiya səviyyəsini nəzərə alsaq, kompensasiya xarakteri daşıyır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli  deyib.Onun sözlərinə görə, 2023-cü ilə qədər yaşayış minimumu ehtiyac meyarından aşağı idi. Lakin, 2023-cü ildən sonra bərabərləşib. Əli Məsimli bu məsələnin yenidən baxılmasını təklif edib.

Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov   "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarında dəyişiklikləri diqqətə çatdırıb.

Sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti də  daha 1 il uzadılır. "sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır. qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
65
xezerxeber.az

1Источники