RU

Gümüş 100 dolları keçdi − Yenilənib

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Gümüşün qiyməti ilk dəfə olaraq 100 dolları keçərək 2025-ci ilin dekabr ayında başlayan sürətli artımı davam etdirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

COMEX birjasının məlumatlarına görə, gümüş 23 yanvar tarixində keçirilən ticarət əməliyyatları zamanı 4,74% artaraq 101,11 dollara çatıb.

Eyni zamanda, qızıl da yeni rekorda yüksələrək unsiyası üçün 5000 dollara yaxınlaşıb.***15:38

Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 99 dolları keçib.

Bakı vaxtı ilə saat 06:46-ya olan məlumata görə, qiymətli metalın qiyməti 7,08% artaraq 1 troy unsiyası üçün 99,02 dollara çatıb.

Bakı vaxtı ilə saat 08:36-ya olan məlumata görə isə, gümüşün qiyməti artımını ləngidərək, 1 troy unsiyası üçün 98,69 (6,3%) dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
123
2
yeniavaz.com

10Источники