RU

Ukrayna silahlı qüvvələri Donbası tərk etməlidir – Dmitri Peskov

Müharibəyə son qoymaq üçün Ukrayna silahlı qüvvələri Donbası tərk etməlidir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Ukrayna silahlı qüvvələri Donbası tərk etməlidir; bu, Rusiya tərəfi üçün vacib şərtdir”. Bundan əlavə, Putinin mətbuat katibi bildirib ki, Moskva Ukrayna ilə danışıqlar prosesi ilə bağlı təfərrüatları açıq şəkildə açıqlamaq istəmir.

O əlavə edib ki, BƏƏ danışıqlarında Rusiyanın təhlükəsizlik işçi qrupunun tərkibi yalnız Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət olacaq. Onlar dünən gecə Putindən müvafiq təlimatlar alıblar.

//Samir Qurbanov, Editor.az

Избранный
109
1
editor.az

2Источники