RU

Kamran Əsədov həbs edildi

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin dindindirilməsi ilə davam edib.

Şahidlərdən Ramin Abdullayev ifadə verib. O, bildirib ki, Kamran Əsədovu tanımasada, Gündüz Abbasovu Gəncə şəhərində yaşayan qohumu vaistəsi ilə Gündüz Abbasovu tanıyıb. Tərəflər Bakıda restoranlardan birində görüşüblər. G. Abbasov kiçik bir qulaqcıq göstərib və R. Abdullayevə cihazın necə işləyəcəyini izah edib. Bunun qarşılığında 18 min manat danışılsa da G. Abbasova 9 min manat pul verib. İmtahandan üç gün qabaq isə övladı Gəncə şəhərinə gəlib. Cihazların ayaqqabının alt hissəsində gizlədildiyi bildirilib. Lakin ilk imtahanda cihaz çalışmayıb. Sonradan G. Abbasov həbs olunduğundan 9 min manatı qarşı tərəfə ödəməyib.

Daha sonra Ruslan Çobanov ifadəsində verib. Bildirib ki, tanıdığı Anar adlı şəxs övladının Tibb Universitetinə qəbul olmasını istəyib. R. Çobanov isə qarşılığında Namiq adlı şəxslə danışıb. Ruslan Çobanov abuturientin universitetə girməsi müqabilində Anardan 212 min manat alıb. Həmin məbləğin Lakin 77 min manatını Namiqə verib, Namiq isə öz növbəsində pulu Gündüz Abbasova çatdırıb. Sonradan işin alınmadığı məlum olub və cinayətin üstü açılıb. Belə olan halda
Anar adlı şəxsin ödədoyi 77 min manatını R. Çobanov özü vəsaitindən geri ödəyib. Prosesdə hakim və dövlət ittihamçısı R.Çovdarovun ifadələrinin ziddiyyətli olduğuna görə, növbəti prosesdə Namiq adlı şəxsin də məhkəməyə çağrılmasını istəyib.

Ardından Kamran Əsədovun qaynı Bəhmən Hüseyinli hakimə yarımçıq qalan ifadəsini davam etdirib. Hakim Elçin Məmmədov B.Hüseyinlinin ibtidai istintaqda verdiyi ifadəni oxuyaraq ona xatırladıb. İfadəyə görə. Gündüz Abbasov K. Əsədovun ofisinə qara çanta ilə xüsusi cihazlar gətirib. Burada 4 komplekt texniki vaistə, bir ayaqqabı və qara rubaçka olub. Ofisdə K. Əsədovda olub. B. Hüseyinli isə hakimə ibtidai istintaqda belə bir ifadə vermədiyini deyib. Prosesdə hakim B. Hüseyinlinin öz xətti ilə ifadəsini təsdiqlədiyini növbəti dəfə xatırladıb.

B. Hüseyinli ifadəsində onu da deyib ki, daha əvvəl ifadə verən Gültən Quliyevanın K. Əsədova pul verməsində iştirak etməyib. Həmçinin imtahan verən heç bir abuturientə cihazları quraşdırmadığını əlavə edib. B. Hüseyinli ifadəsində sadəcə K. Əsədovun ofisində həmin abuturientlərin cihazla məşq etdiklərini görüb. Amma bunun nə məqsədlə edildiyi bilməyib.

Избранный
126
publika.az

1Источники