RU

Bakı metrosuna İsveçrədən 300 vaqon alınır

ain.az, Modern.az portalına istinadən məlumat verir.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC İsveçərnin “Stadler Rail Group” şirkətindən 300-ə qədər metro vaqonu almağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə İsveçrənin “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
modern.az

2Источники