Fransa xarici işlər naziri Jan-Noel Barrot yaxın həftələrdə Qrenlandiyadakı Fransa konsulluğuna səfər edəcək.
Publika.az xəbər verir ki, Barrot bu barədə "BFMTV-RMC" radiosuna bildirib.
Qeyd olunur ki, o, adaya Danimarka və Qrenlandiya hakimiyyət orqanlarının dəvəti ilə gedəcək.
Nazir səfər tarixinin müəyyənləşdirilmədiyini əlavə edib.