Suriyada kimyəvi silahdan istifadə əmri şəxsən keçmiş prezident Bəşər Əsəd tərəfindən verilib.
Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Telekanal Əsəd rejiminin fəaliyyətlərini araşdıraraq, "Əsəd rejiminin sızıntıları: Böyük çat" başlığı ilə bəzi səs yazıları, sızdırılmış məlumatlar, sənədlər və oğurlanmış hesabları ifşa edib.
Faylda rejimin simalarından biri olan general-mayor Bəssam Əl-Həsənin telefon danışıqlarının qeydləri yer alıb. Məlumata görə, səs yazılarında kimyəvi silahdan istifadə əmrinin şəxsən Bəşər Əsəd tərəfindən verildiyi təsdiqlənib. Buna görə də Bassam Əl-Həsən bu əmri kimyəvi silah bölməsinin rəisi, briqada generalı Qassan Abbasa çatdırıb.