Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda fəhlə ölüb. Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Belə ki, şəhər ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədov yükqaldırıcı mexanizmin altında qalaraq ölüb.
Qeyd edilib ki, A.Məmmədovun ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.