RU

Tələbə krediti üçün müraciətin tarixi açıqlandı

Bakı. Trend:

2025-2026-cı tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciəttarixi açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Məlumata əsasən, 2025-2026-cı tədris ilinin payız semestri üzrətəhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar2026-cı il tarixində saat 23:59-da başa çatacaq. Müraciət etməkistəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədərtamamlaması tövsiyə olunur.

2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeniqeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-danbaşlayacaq.

Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatlarıyerinə yetirməlidirlər:
1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş(notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat”tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciətüçün tələb olunmur)
2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxilolub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıqərizəsinin nömrəsi istifadə olunur)

Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hərgün qəbul olunur.

Qeyd: Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesiqeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstəkgöstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masasıfəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək alabilərlər.

Qeydiyyat linki: www.e-ttkf.edu.az

Избранный
164
50
az.trend.az

10Источники