RU

​Müğənni ac uşaqlara 300 min dollar bağışladı

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe növbəti dəfə xeyirxah addım atıb. Sənətçi bu dəfə Qəzzada çadır şəhərciyinin qurulması və ac uşaqların doyuzdurulması üçün maddi yardım edib.
Metbuat.az xəbər verir ki, Yıldız Tilbe bu məqsədlə 13 milyon türk lirəsi (300 min dollar) bağışlayıb. Onun Qəzza sakinləri üçün xeyriyyə konsert verəcəyi də açıqlanıb.

Qeyd edək ki, xeyirxahlığı ilə ad çıxaran müğənni ötən il Qəzzada 4 min nəfər üçün iftar süfrəsi açmışdı.

Избранный
137
7
metbuat.az

7Источники