RU

Azərbaycanda uşaqların qanunsuz əməyə cəlb edilməsi halları aşkarlandı

Ötən il dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb. 

Bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.

Bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib.

 

Избранный
103
3
7news.az

4Источники