"Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına verdiyi müsahibə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın xarici siyasət kursunu geniş auditoriyaya çatdırdı. Dövlət başçısı vurğuladı ki, müasir mərhələdə beynəlxalq hüququn bütün aktorlar üçün eyni şəkildə işləməməsi yeni reallıq yaradıb və bu şəraitdə hər ölkə öz potensialına uyğun strategiya qurmalıdır. Azərbaycanın yolu isə milli maraqları əsas götürən və hüquqi çərçivədən kənara çıxmayan praqmatik xətt kimi təqdim olundu". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "Müsahibədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının legitim beynəlxalq əsaslara söykəndiyi xüsusi qeyd edildi. Prezident İlham Əliyev ölkənin atdığı addımların ümumi qəbul edilmiş dəyərlərlə uzlaşdığını bildirərək, bu siyasətin regionda yeni siyasi mühit formalaşdırdığını vurğuladı. Bu yanaşma Cənubi Qafqazda sülh üçün real imkanlar açan əsas amillərdən biri kimi dəyərləndirilir.
Dövlət başçısı bölgədə yaranmış yeni sülh atmosferinə də toxundu. Ermənistanla münasibətlərin əməkdaşlıq mərhələsinə keçməsi, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırılması region ölkələri üçün qarşılıqlı fayda yaradır. Prezident İlham Əliyev bu proseslərin uzunmüddətli deyil, daimi sabitliyə aparan yolun başlanğıcı olduğunu bildirdi.
Davos müsahibəsi Azərbaycanın dəyişən dünya nizamında öz mövqeyini inamla qoruyan müstəqil aktor kimi çıxış etdiyini göstərdi. Balanslı tərəfdaşlıqlar, praqmatik yanaşma və regional sabitliyə töhfə vermək Azərbaycanın əsas strateji xətti kimi önə çəkildi".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31