RU

Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur RENKİNQ

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin vaxtı keçmiş kreditləri 60 milyon manatdan çox olub.

Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (297,8 milyon manat), “Kapital Bank” (158,2 milyon manat), “PAŞA Bank” (84,8 milyon manat), “Access Bank” (73,2 milyon manat) və “Ziraat Bank Azərbaycan”dır (63,6 milyon manat).

Qalan 17 bankdan 15-də problemli kreditlər 10-60 milyon manat, 2 bankda isə 1-10 milyon manat arasında olub.

Son 1 ildə 22 bankdan 5-nin vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma “Premium Bank”da (35,1%), ən az azalma isə “Bank Avrasiya”da (6,8%) qeydə alınıb.

İş elanları AzVak.az-da

17 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Bankı”nda (93,8%), ən aşağı dinamika isə “Xalq Bank”da (0,8%) qeydə alınıb.

Problemli kreditlərin  həcminə görə, bankların renkinqi - 31.12.2025

© Yurd.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
marja.az

2Источники