RU

Qarabağ və İstanbul Texniki universitetləri arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəriçərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul TexnikiUniversiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığadair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Qeyd olunub ki, sənədi elm və təhsil naziri Emin Əmrullayev vəTürkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştiraketdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru ŞahinBayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandalimzalayıblar.

YÖK sədri Erol Özvar çıxışında diqqəti iki qardaş ölkənibirləşdirən tarixi bağlara çəkib, ali təhsil sahəsində əməkdaşlığınTürkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə olduğunu diqqətəçatdırıb. Qarabağ Universitetini bütün region üçün yeni bilik vəinnovasiya mərkəzi kimi qiymətləndirən Erol Özvar Türkiyənin ənnüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul TexnikiUniversitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha dainkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadəedib.

Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində QarabağUniversiteti ilə İstanbul Texniki Universiteti arasında imzalanansənədi iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığınınyeni platforması adlandırıb. Nazir Qarabağ Universitetinin ölkəmizvə bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ iləəməkdaşlığın yeni yaradılan universitetin mövqelərininmöhkəmlənməsinə töhfə verəcəyinə inamını qeyd edib.

Qeyd edək ki, Qarabağ Universiteti və İstanbul TexnikiUniversiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən,bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin,pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi,birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar vəinformasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikilidiplom proqramlarının hazırlanması, Qarabağ UniversitetininMühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarınınbirgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.

Qarabağ
Qarabağ
Избранный
167
14
az.trend.az

10Источники