Bakı. Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə“Layihə idarəetməsi” modulu yaradıb. Modul vasitəsilə təxminən 1500layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlbedilib.
Trend xəbərverir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilinyekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, risklərin vaxtındamüəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətininyüksəldilməsinə imkan verir.
"Dövlət proqram idaəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKMAmerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş ƏrəbƏmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu mediaqurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalqmükafata layiq görülüb", - V. Qasımlı vurğulayıb.