Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.
Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.
"DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır", - məlumatda vurğulanıb.