"Real Madrid"in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 7-ci turunda "Monako" ilə (6:1) matçda iki qol vurub.
Fanat.Az xəbər verir ki, fransalı ulduz futbolçu cari ÇL mövsümündəki qollarının sayını 11-ə çatdırıb.
Beləliklə, Mbappe Çempionlar Liqasının əsas mərhələsində bir mövsümdə vurduğu qol sayına görə rekordçu olan Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.
Portuqaliyalı superulduz "Real Madrid"də oynayarkən 2015/16 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin altı oyununda bu qədər qol vurmağı bacarmışdı.