Mamadu Sako karyerasını başa vurub. Bu barədə 35 yaşlı futbolçu özü açıqlama yayıb.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq müdafiəçisi sosial şəbəkə hesabına “hər kəsə təşəkkür edirəm. Karyeramı başa vurduğumu çoxdan rəsmən elan etmək istəyirdim. PSJ-yə minnətdaram. PSJ olmasaydı, futbolçu həyatımda belə gözəl anlar yaşamazdım” cümlələrini yazıb.
Sako ötən ilin iyulundan klubsuz qalmışdı. Onun sonuncu komandası “Torpedo Kutaisi” olub. Mamadu karyerasına PSJ-nin gənclərdən ibarət komandalarında başlayıb və 2007-ci ildən 2013-cü ilə qədər paytaxt klubunda oynayıb. PSJ-də 201 matç keçirib və Liqa 1 tarixinə ən gənc kapitan kimi düşüb.
Maraq üçün Sakonun Fransa çempionatında 2007-ci ilin oktyabrında 17 yaş 8 aylığında debüt etdiyini də bildirək. Müdafiəçi PSJ-dən ayrılandan sonra “Liverpul” və “Kristal Pelas”da oynayıb, 2021-ci ildə isə “Monpelye”yə keçib. Onun Fransa yığmasında 29 oyun keçirdiyini də xatırladaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта