RU

Məşhur aparıcı yıxılıb xəstəxanalıq oldu: ombası sınıb

Məşhur britaniyalı televiziya aparıcısı və jurnalist Pirs Morqan xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, aparıcı "Instagram"da şəkil paylaşaraq xəstəxanada olduğunu bildirib.

Jurnalist Londonda restoranların birində pilləkəndən yıxıldığını açıqlayıb.

"Kartof kisəsi kimi yumalandım. Ombam sındı. O qədər pis oldu ki, yeni ombaya ehtiyacım var", - Morqan yazıb.

O, altı həftə ərzində qoltuqağacı istifadə etməli olacağını bildirib. Bundan əlavə, həkimlər ona növbəti 12 həftə ərzində uzun məsafəli uçuşları qadağan ediblər.

Избранный
184
publika.az

1Источники