Bakı. Trend:
Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində azı 19nəfər həlak olub.
Trend xəbər verirki, bunu ölkənin daxili işlər naziri Alvaro Elizalde yanvarın 19-damətbuat konfransında açıqlayıb.
Nazirin sözlərinə görə, hazırda 19 ölüm faktı qeydə alınıb, 630nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Yanğınlar nəticəsində ən azı 325 ev tamamilə məhv olub. Xəsarətalan sakinlərin sayının 1500-dən çox olduğu təxmin edilir. Bir neçəicmada təxliyə əmri verilib.
Çilinin Milli Meşəçilik Korporasiyası bazar ertəsi axşamsaatlarında ümumi sahəsi 32 600 hektardan çox olan 31 meşə yanğınıilə mübarizə aparıldığını bildirib.
Qeyd edək ki, şiddətli yanğınlar yanvarın 17-də quru və istihava şəraitində başlayıb. Ən ağır vəziyyət fövqəladə vəziyyət elanedilən Bio Bio və Nüble bölgələrində qeydə alınıb.