Madaqaskar tezliklə BRICS tərəfdaş ölkəsinə çevrilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunun qrupun Hindistanda keçiriləcək sammitində baş verməsi mümkündür. Bu açıqlamanı Şərqi Afrika Respublikasının keçid prezidenti Maykl Randrianirina verib və qeyd edib ki, bu mövzu ötən həftə sonu Cənubi Afrikaya səfəri zamanı qaldırılıb.
Madaqaskar Əlcəzair, Nigeriya və Uqanda ilə birlikdə BRICS-ə qoşulan dördüncü Afrika ölkəsi ola bilər.
Anar