RU

Suriyada mühüm hadisə: Türkiyə alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi dünən Suriya Prezidenti Əhməd əl-Şaraa tərəfindən keçid dövrü üçün elan edilən kürd koalisiyasınən Suriya Demokratik Qüvvələri (SDF) ilə atəşkəsin uğurla həyata keçirilməsinə ümid etdiyini bildirib.

Nazirliyin mətbuat xidməti məsələ ilə bağlı müvafiq açıqlama yayıb: “Ümid edirik ki, Suriya Prezidenti Əhməd əl-Şaraa tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya razılaşması ölkənin ərazi bütövlüyü və birliyinə əsaslanaraq sabitliyin və təhlükəsizliyin təmin edilməsi səylərini tez və effektiv şəkildə irəli aparacaq”, – Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlik qeyd edib ki, ötən il dekabrın 8-də başlayan Suriya üçün yeni dövr artıq kritik mərhələyə qədəm qoyur. Nazirlik həmçinin qeyd edib ki, bu yeni dövr ölkəyə firavan gələcəyə çatmaq üçün müstəsna fürsət təqdim edir.

Türkiyə Xarici İşlər Nazirliyi ümid edir ki, Suriyanın bütün qrupları və sakinləri mövcud vəziyyəti dərk edərək terrorizmin və bölünmənin çıxılmaz nöqtəsini aydın şəkildə başa düşəcəklər və bunun qarşısını birlik, həmrəylik və inteqrasiya ilə almaq lazımdır.

Türkiyə öz növbəsində Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini dəstəkləməyə və inklüziv yanaşma və həmrəyliyə əsaslanan yenidənqurma təşəbbüslərinin həyata keçirilməsinə kömək etməyə davam edəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
156
editor.az

1Источники