RU

Afrika çempionu olan Seneqalda tətil elan edildi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Seneqal millisinin Afrika Millətlər Kubokunun qalibi olması münasibəti ilə sözügedən ölkədə 19 yanvar qeyri-iş günü elan edilib.

Fanat.Az RTS 1-ə istinadən xəbər verir ki, bu haqda Seneqal prezidenti Bassiru Diomai Faye qərar qəbul edib.

Seneqal ötən gecə baş tutan final matçında Mərakeşi 1:0 hesabı ilə məğlub edib. 90+8-ci dəqiqədə hakim Seneqalın qapısına penalti təyin edib. Seneqallı oyunçular hakimin qərarına etiraz olaraq meydanı tərk etsələr də, kapitan Sadio Mane komanda yoldaşlarını oyunu davam etdirməyə razı salıb. 90+24-cü dəqiqədə Mərakeşin yarımmüdafiəçisi Brahim Diazın penalti vuruşunu qapıçı Eduard Mendi dəf edib. Beləliklə, Pape Quye əlavə vaxtda - 94-cü dəqiqədə vurduğu yeganə qol sayəsində Seneqal qələbə qazanıb. 

Seneqal tarixində ikinci dəfə Afrika Millətlər Kubokunu qazanıb. Dörd il əvvəl onlar Misiri penaltilər seriyasında məğlub edib (əsas və əlavə vaxt 0:0 bitib). 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
1
fanat.az

2Источники