Bakı. Trend:
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 20 Yanvarfaciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəflisəhifələrindən biridir. Bu qanlı hadisə təkcə günahsız insanlarınqətlə yetirilməsi ilə yadda qalmayıb, həm də xalqımızın azadlıq,müstəqillik və milli ləyaqət uğrunda sarsılmaz iradəsini bütündünyaya nümayiş etdirib.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.
Deputat bildirib ki, 1980-ci illərin sonlarından başlayaraqazərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü siyasət –tarixi torpaqlarımızdan kütləvi deportasiyalar, “Dağlıq Qarabağ”ınErmənistana birləşdirilməsi cəhdləri cəmiyyətdə ciddi narazılıqyaratmışdı:
“Lakin yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, o zamankısovet rəhbərliyi Azərbaycan xalqına qarşı misli görünməmişzorakılığa əl atdı. 1990-cı ilin yanvarında Bakıya və respublikanınbir sıra bölgələrinə yeridilən çoxminli hərbi qüvvələr dinc əhaliyəqarşı ağır texnika və silahlardan istifadə etməklə kütləvi qırğıntörətdilər.
Fövqəladə vəziyyətin elan olunması barədə əhali əvvəlcədənməlumatlandırılmadan həyata keçirilən bu əməliyyat nəticəsindəqadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla yüzlərlə insanhəyatını itirdi və yaralandı. Bu hadisələr sovet totalitarsisteminin mahiyyətini bir daha ifşa etdi və imperiyanınAzərbaycandakı siyasi dayaqlarını sarsıtdı. Xalqın mövcud rejiməinamı tamamilə itdi, azadlıq ideyası isə dönməz xarakter aldı.
20 Yanvar faciəsinə ilk prinsipial siyasi və hüquqi qiymətÜmummilli Lider Heydər Əliyev tərəfindən verildi. O, bütüntəzyiqlərə baxmayaraq, bu qanlı hadisəni insanlığa, demokratiyayavə hüquqa zidd ağır cinayət kimi qiymətləndirdi, günahkarlarınməsuliyyət daşımalı olduğunu açıq şəkildə bəyan etdi. Məhz UluÖndərin qətiyyətli mövqeyi nəticəsində 20 Yanvar faciəsi sonradanhəm Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, həm də müstəqilAzərbaycanın Milli Məclisi səviyyəsində dövlət tərəfindənsiyasi-hüquqi baxımdan rəsmən tanındı.
Bu gün şəhidlərimizin xatirəsi dövlət səviyyəsində böyükehtiramla yad edilir. Şəhidlər Xiyabanında ucaldılmış “Əbədi məşəl”abidəsi, memorial komplekslər və qanunvericilikdə təsbit olunmuşanım günü bu faciənin unudulmamasının, şəhidlərin ruhuna olansonsuz hörmətin bariz nümunəsidir. Eyni zamanda, “20 Yanvar şəhidi”fəxri adının təsis edilməsi və şəhid ailələrinə göstərilən sosialdəstək dövlətin bu məsələyə xüsusi həssaslıqla yanaşdığınıgöstərir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən ardıcıl sosial islahatlar nəticəsində 20 Yanvarşəhidlərinin ailələrinin və həmin hadisələr zamanı sağlamlığınıitirmiş şəxslərin sosial müdafiəsi əhəmiyyətli dərəcədəgücləndirilib:
“Mənzil, avtomobil təminatı, aylıq təqaüdlər və reabilitasiyaxidmətləri dövlət qayğısının real təzahürləridir.
20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyininformalaşmasında mühüm rol oynayıb. Həmin gün xalqımız sübut etdiki, azadlıq və ləyaqət uğrunda hər cür qurban verməyə hazırdır. Buiradənin məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər AliBaş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 2020-ciildə torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə isə ölkəmizinsuverenliyi tam bərpa olundu.
Bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayrağımız 20Yanvar şəhidlərinin arzularının gerçəkləşdiyini nümayiş etdirir.Əminik ki, müstəqil, güclü və qalib Azərbaycan həmin şəhidlərinbizə əmanət etdiyi müqəddəs dəyərlər üzərində daha da inkişafedəcək”.