RU

“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub (FOTO)

Bakı. Trend:

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli vəRüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold”QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş RegionalEmal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib.

Səfər zamanı müsabiqə qalibləri “Çovdar” qızıl mədənində hasilatprosesi, ÇİRES-də qiymətli metalların emalı prosesləri ilə yaxındantanış olublar. Onlara ənənəvi Topa Qələviləşdirmə (HLP – Heap LeachPad) üsulu ilə yanaşı, müasir Çəndə Qələviləşdirmə (CIL – Carbon inLeach) texnologiyası əsasında fəaliyyət göstərən zavodda yaradılmışəmək şəraiti və istehsal imkanları barədə ətraflı məlumatverilib.

Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold”QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi iləÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanıiştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyatakeçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə dəistehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması iləbağlı məsələlər üzrə məlumat əldə ediblər.

Səfər Mentorluq Proqramı çərçivəsində müsabiqə qaliblərinindağ-mədən sənayesində həyata keçirilən istehsal və idarəetməprosesləri ilə tanış olması, həmçinin praktiki bilik vətəcrübələrinin genişləndirilməsi baxımından faydalı olub.

“Yüksəliş”
Məqalədə:
Избранный
43
10
az.trend.az

10Источники