Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 261,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 86,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1%, kimya sənayesi məhsullarının istehsalı isə 5,2% artıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 21,2%, etilen istehsalı 17,6%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar 91,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 24,6%, plastmas, çubuqlar, millər və profillər istehsalı isə 24,1% artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri
2025-ci ildə istehsal edilib
Əvvəlki ilə nisbətən, faizlə
01.01.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr
46 213,1
108
86,4
ondan azot, min kub metr
24 147,4
100
83
Lak-boya məmulatları, ton
43 479,2
100,4
369,6
Qeyri-üzvi kimyəvi maddələr, ton
23 690,0
73,1
43 70
ondan yod, ton
198,7
95,5
15,4
Üzvi kimyəvi maddələr, min ton
821,2
92,6
46,8
ondan: etilen, min ton
152,3
117,6
0,5
propen (propilen), min ton
144
118,6
0,9
metanol (metil spirti), min ton
407,5
78,9
26,7
Etil spirti, min dkl
72,3
56,7
34,9
Gübrə və azot birləşmələri, min ton
587,2
90,0
52,1
Ondan: karbamid, min ton
587
90,0
52
İlkin formada plastik kütlə, min ton
300
121,4
33,2
ondan polietilen, min ton
147,5
121,2
9,9
Yapışqan və yapışdırıcı maddələr, min ton
170
112,4
10,4
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.