Bakı. Trend:
Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşmasıprosesindəki irəliləyiş, Ermənistanla Azərbaycan arasındakımünasibətlərin normallaşması prosesinə də kömək edəcək və ona yenitəkan verəcək.
Trend erməni KİV-əistinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrininmüavini Ruben Rubinyan jurnalistlər üçün keçirdiyi brifinqdədeyib.
“Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. ErmənistanlaTürkiyə arasındakı münasibətlərin normallaşması prosesi iləErmənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasıprosesi fərqli proseslərdir, amma biz eyni regiondakı ölkələrolduğumuz üçün onlar bir-biri ilə qarşılıqlı təsir göstərə bilər.Biz hesab edirik ki, Ermənistanla Türkiyə arasındakı normallaşmaprosesində irəliləyiş nəinki Ermənistanla Azərbaycan arasındakınormallaşma prosesinə ziyan verməyəcək , o əksinə bu prosesə yenitəkan verəcək,” – Ermənistan Milli Məclisinin sədr müavinibildirib.
O, Ermənistan-Azərbaycan prosesində böyük irəliləyişin olduğunuvurğulayaraq, 8 avqust sülh bəyannaməsi, dəmir yolu ilə tranzitdaşımaların bərpasını xatırladıb.
“Ümumiyyətlə, düşünürəm ki, proseslər müsbət istiqamətdəirəliləyir, biz artıq bəzi nəticələri görürük, digərlərini isə hələgörəcəyik,” – deyə Rubinyan əlavə edib.