RU

Sürücü ödəniş etdikdə avtomobil cərimə meydançasından dərhal çıxarılacaq – Yeni qayda

Bakı. Trend:

Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsininsahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyatvasitəsi ona qaytarılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yolhərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyatvasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və oradasaxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhalsonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyatvasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmamasınəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibiinzibati qaydada və məhkəməyə şikayət edə biləcək.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixliQərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlaranəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsiləgətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərininaşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər
(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsiləduracaqlara gətirilməsi

1
ədəd/reys

20,0

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 tondaxil olmaqla)

1 ədəd/gün

1,0

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda(10 ton daxil olmaqla)

1 ədəd/gün

2,0

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3,0

Избранный
148
7
az.trend.az

10Источники