"Football-plus.az" xəbər verir ki, ukraynalı mütəxəssis 4:0 hesablı qələbəni belə şərh edib.
"Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdı. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlər oldu və onları düzəltmək üçün işləməliyik".
Demçenko bildirib ki, hazırlıq üçün vaxtları az olub: "Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdı, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük".