2025-ci ildə “Yelo Bank”da hüquqi şəxslərin depozitlərinin həcmi 34 milyon 39.55 min manat və ya 17,2% azalıb.Teleqraf xəbər verir ki, 2024-cü ildə şirkətlərin bankdadı əmanətlərinin həcmi 197 milyon 822.07 min manat təşkil edirdisə, 2025-ci ildə bu göstərici 163 milyon 782.52 min manat olub.Bankın xalis mənfəəti də 27,77% azalıb. Maliyyə qurumunun 2024-cü ildə xalis mənfəəti 43 milyon 298.25 min manat təşkil edib, lakin bank ötən ili 31 milyon 275.89 min manat mənfəətlə başa vurub.Hesabat dövründə bankın öhdəlikləri artıb. Bankın öhdəlikləri 203 milyon 106.81 min manat və ya 17,88% artaraq 1 milyard 338 milyon 752.23 min təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 135 milyon 645.42 min manat idi.“Yelo Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaiti 28,53% azalaraq 164 milyon 322.18 min manat təşkil edib (2024-cü ildə – 229 milyon 962.93 min manat).Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 28,65% artaraq 144 milyon 836.40 min manata yüksəlib (2024-cü ildə – 112 milyon 574.18 min manat).Hesabat ilində maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 36,9% azalaraq 9 milyon 675.96 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 15 milyon 337.92 min manat idi. Bankın qeyri-faiz gəlirləri isə 36% azalaraq 20 milyon 319.77 manat təşkil edib (2024-cü ildə – 31 milyon 765.43 min manat).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


