RU

Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır - Səfir

Bakı. Trend:

Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda sondövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır və ümidedir ki, bu addımlar münaqişənin uzunmüddətli həllinə gətiribçıxaracaq.

Bunu Trend-ə özəlmüsahibəsindəAlbaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri BesartKadia bildirib.

“Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkəninsuverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasınadəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalqnorma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktivdialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldəolunmasının əsas açarıdır.Albaniya hər iki ölkənin qarşıdurmaəvəzinə dialoqa hazır olmasını yüksək qiymətləndirir və PrezidentTrampın liderliyi ilə Ağ Ev səviyyəsində təsbit olunmuş sülhyolunda tarixi mərhələni alqışlayır. Biz bu razılaşmanı onilliklərdavam edən münaqişənin başa çatmasını tərənnüm edən, münasibətlərintam normallaşması, eləcə də regional etimadın, sabitliyin vətəhlükəsizliyin möhkəmləndirilməsi üçün əsas yaradan mühüm addımkimi qiymətləndiririk”, – deyə Kadia bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vəDövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Избранный
180
50
az.trend.az

10Источники