RU

İtaliya nəhəngləri “Qalatasaray”ın ulduzunu istəyir

"Qalatasaray"ın yay transfer pəncərəsində "Monako"dan 30,7 milyon avroya transfer etdiyi Vilfrid Sinqo ilə İtaliyanın məşhur klubları maraqlanır. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, İtaliya nəhəngləri “İnter” və “Yuventus” ulduz futbolçu üçün elçi düşüb. Hər iki klub 25 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. İtaliyalı insayder Nikolo Skiranın məlumatına görə, “İnter” və “Yuventus” nümayəndələri Sinqonun transferini reallaşdırmaq üçün danışıqlara başlayıb. "Qalatasaray"ın baş məşqçisi Okan Buruk isə bu mövzuda danışmaq istəməyib. Baş məşqçi Sinqonun zədəsinin sağaldığını və onun komanda yoldaşları ilə məşqlərə başladığını bildirib. Okan Buruk gənc müdafiəçinin yanvarın 22-də “Atletiko Madrid”lə oynanılacaq matçda meydanda olacağını deyib.

Qeyd edək ki, Vilfrid Sinqo 2025-ci ildə "Monako"dan İstanbul klubuna keçib.

Избранный
186
50
metbuat.az

10Источники