RU

Azərbaycanda kommersiya qurumlarının sayı 7%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqişəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli iləmüqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədənfiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faizartıb.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2faiz çoxdur.

2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlətqeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı,11,3 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalıməhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi96,5 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faiziməhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizikooperativ və s. formalarda yaradılıb.

Məqalədə:
Избранный
38
27
az.trend.az

10Источники