RU

“Arsenal” London derbisində “Çelsi”ni məğlub etdi - İngiltərə Liqa Kuboku

İngiltərə Liqa Kubokunun 2025/2026 mövsümünün yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində London derbisi baş tutub.

90deqiqe.Az xəbər verir ki, “Stemford Bric” stadionunda üz-üzə gələn “Çelsi” və “Arsenal” komandalarının duelində qonaqlar 3:2 hesablı qələbə qazanıblar.

Görüşün 7-ci dəqiqəsində “Arsenal”ın müdafiəçisi Ben Uayt künc zərbəsindən sonra baş zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə hücumçu Viktor Qyökereş fərqi iki topa çatdırıb. 57-ci dəqiqədə “Çelsi”nin vingeri Alexandro Qarnaço hesabda fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi “topçular”ın üçüncü qolunu vurub. 83-cü dəqiqədə isə Qarnaço dubl edərək oyunda son hesabı müəyyənləşdirib.

Cavab yarımfinal oyunu 2 fevral tarixində keçiriləcək. Qarşılaşmanın qalibi finalda “Mançester Siti” – “Nyukasl” cütünün güclüsü ilə üz-üzə gələcək. İngiltərə Liqa Kubokunun qalibi isə 22 mart tarixində bəlli olacaq.

Избранный
191
9
90deqiqe.az

10Источники