RU

Bakalavr təhsilini bitirənlərin nəzərinə

Ali təhsildə magistratura mərhələsi bilik və ixtisaslaşmanı dərinləşdirmək məqsədi daşısa da, bu pillənin hər sahə üçün eyni dərəcədə vacib olub-olmaması tez-tez müzakirə olunur. Bəzi insanlar hesab edir ki, bütün ixtisaslarda magistr təhsili mütləq deyil. Onların fikrincə, elə sahələr var ki, diplomdan daha çox təcrübə, bacarıq və praktiki biliklər önəm daşıyır. Bəs hansı ixtisaslarda magistr təhsili həqiqətən vacib deyil? Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bu fikirlə razı olmadığını söyləyib. O bildirib ki, magistraturanın mahiyyəti ilə praktik iş dünyasının mahiyyəti tam fərqlidir:"İxtisaslar var ki, onlarla bağlı magistraturaya müraciət etmədən də əmək bazarında öz mövqeyimizi möhkəmləndirmək mümkündür. Amma eyni zamanda elə ixtisaslar da var ki, akademik pillədə irəliləmək, müəyyən sahələrdə, yüksək səviyyələrə qalxmaq üçün magistratura vacibdir. Bəzən insanlar bu məsələləri qarışdırır və cəmiyyətdə belə bir absurd fikir yaranır ki, müəyyən ixtisaslarda magistr təhsili lazım deyil. Əslində, bütün ixtisaslarla bağlı magistraturaya ehtiyac var – əgər hədəfiniz elmi-akademik müstəvidədirsə. Və əksinə, əksər ixtisaslarda magistraturaya ehtiyac yoxdur – əgər məqsədiniz sırf praktiki istehsalat göstəricilərini inkişaf etdirməkdirsə. Bunlar fərqli yanaşmalardır".E.Nuri qeyd edib ki, magistraturanın vacibliyini və ya qeyri-vacibliyini ixtisasın özü yox, bizim həmin ixtisasa baxışımız və hədəflərimiz müəyyən edir. Hədəf akademik səviyyədədirsə, magistratura aktuallaşır, məqsəd praktiki istehsalat göstəriciləridirsə, aktuallıq azalır.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
85
4
metbuat.az

7Источники