RU

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Ötən ilin dekabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 453 min barel səviyyəsində olub...

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin noyabr ayının göstəriciləri (455 min barel) ilə müqayisədə oktyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı 2 min barel azalıb.

Məlumata əsasən, bu ilin birinci, ikinci, üçüncü və dürdüncü rübündə qeyd olunan göstərici müvafiq olaraq 466 min barel, 461 min barel, 458 min barel və 456 min barel təşkil edib.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 21 min barel azdır.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Onu da qeyd etmək lazımdir ki, OPEC-ə daxil olan İran, Venesuela və Liviya sanksiya və digər səbəblərdən “OPEC+ razılama çərçivəsində hesilatın azaldılmazı ilə bağlı kvotalardan azaddırlar.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan ötün ilin dekabr ayında"OPEC+" çərçivəsində kvotadan 98 min barel, ümumi 2025-ci ildə isə 91 min barel geri qalıb.

Poliqon.info

Избранный
158
4
poliqon.info

10Источники