RU

Tramp Qrenlandiyanın Baş nazirini təhdid edib

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Onun haqqında heç nə bilmirəm, amma bu, onun üçün böyük problem olacaq"

ABŞ Prezidenti Donald Tramp adanın Amerika yurisdiksiyasına daxil olmaqdansa, Danimarkanın tərkibində qalmasını istədiyini bildirən Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilseni təhdid edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp "bəli, bu, onların problemidir” söyləyib.

“Mən onunla razı deyiləm. Onun kim olduğunu bilmirəm. Onun haqqında heç nə bilmirəm, amma bu, onun üçün böyük problem olacaq", - deyə Tramp jurnalistlərə Qrenlandiyanın Baş nazirinin sözlərini şərh etmək istənildikdə bildirib.

Bir gün əvvəl Nilsen mətbuat konfransında adanın prioritetlərini açıqlayaraq bildirib ki, Qrenlandiyanın gələcəyini ABŞ-ın nəzarəti altında deyil, Danimarkanın bir hissəsi kimi görür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
187
7
ayna.az

9Источники