Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Niva" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun