Ajans.az xəbər verir ki, bu açıqlama IRIB News xəbər agentliyi tərəfindən yayımlanıb. Xamenei sərt ifadələrlə bildirib ki, İslam Respublikası etirazlar və xarici təsirlər qarşısında geri çəkilməyəcək. Xamenei vurğulayıb: “İslam Respublikası yüz minlərlə layiqli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçılar qarşısında mövqeyini qoruyub saxlayacaq”. O əlavə edib: “Hamı bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək”.